DİN “Toplum TV”nin əməkdaşının saxlanma xəbərini təkzib edib.
Reyting.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı mediaya açıqlama verib.
O bildirib ki, "Toplum TV"nin əməkdaşı Cavid Ramazanov zəruri istintaq hərəkəti keçirilməsi üçün şahid qismində Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunub.