EN

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Bakı, 27 aprel, AZƏRTAC

Bu gün Maliyyə Nazirliyinin kollektivi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Bakı şəhərinin Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, ekokönüllülərin iştirakı ilə keçirilən aksiyada ərazinin torpaq-iqlim şəraitinə uyğun 1300-dən çox müxtəlif növ ağac əkilib.

Həmçinin onların küləkdən qorunması və normal böyüməsi üçün mineral gübrələrdən və digər lazımi vasitələrdən istifadə edilib, suvarma işləri görülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
59
2
Sources
Comment ()
Close