EN

Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib - FOTOLAR

YAP İmişli rayon təşkilatında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü ilə əlaqədar “Gözlərə nur bəxş edən insan” adlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, İmişli rayonu üzrə Təhsil Sektorunun müdiri Kərim Kərimov, “İmişli Mərkəzi Rayon Xəstəxanası” PHŞ-nin baş direktorunun müavini İsrafil Məmmədov, rayonun səhiyyə, təhsil və mədəniyyət sahəsində çalışan işçiləri və partiya fəalları iştirak ediblər.

İlk olaraq Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra akademikin həyat və fəaliyyəti ilə bağlı hazırlanmış “Gözlərə nur bəxş edən insan” videoçarxı nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev dünya şöhrətli alimin Azərbaycan tibb elminin inkişafındakı fəaliyyətindən və oftalmologiya sahəsində qazandığı nailiyyətlərdən danışıb. Natiq bildirib ki, böyük dövlət xadiminin qızı, Azərbaycanı müstəqilliyə gətirib çıxaran Ulu Öndərin həyat yoldaşı, hər bir azərbaycanlının Prezidenti İlham Əliyevin anası - layiqli övlad, etibarlı həyat yoldaşı, fədakar ana, peşəkar həkim olan Zərifə xanım təkcə gözlərinə işıq verdiyi, nur bəxş etdiyi minlərin, milyonların deyil bütün Azərbaycanın qəlbində, işığında, nurunda əbədi yaşayacaqdır.

İmişli rayonu üzrə Təhsil Sektorunun müdiri Kərim Kərimov çıxışında qeyd edib ki, Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanıb.
Çıxış edən “İmişli Mərkəzi Rayon Xəstəxanası” PHŞ-nin baş direktorunun müavini İsrafil Məmmədov akademik Zərifə xanım Əliyevanın gənc nəslin təlim-tərbiyəsində yüksək səviyyəli tibb işçilərinin, layiqli Vətən övladlarının hazırlanmasında, həkim-oftalmoloqların ixtisaslarının ilbəil artırılmasında, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlərindən söz açıb.

Digər çıxış edənlər qeyd ediblər ki, Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Zərifə Əziz qızı Əliyeva böyük xidmətlərinə, çoxillik elmi – tədqiqat işlərinə görə bir sıra orden və medallara layiq görülüb, Azərbaycanın Əməkdar elm xadimi fəxri adını alıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
76
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23353
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
16215
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14560
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
11544
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11452
Helikopterin qalıqları tapılıb
9913
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7245
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6710
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5434
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5332
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5327
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4178
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4097
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3651
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2908
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2169
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1821
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1724
Azərbaycan nefti ucuzlaşdı
1708