EN

ABŞ-da yeni “qiyamət günü təyyarəsi” hazırlanacaq

ABŞ-da

Bakı, 27 aprel, AZƏRTAC

ABŞ Hərbi Hava Qüvvələri “qiyamət günü təyyarəsi” adlanan “E-4 Nightwatch” laynerini əvəzləyəcək təyyarənin hazırlanması üçün 13 milyard dollarlıq müqavilə imzalayıb.

AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, müqavilə “Sierra Nevada Corporation” təyyarə istehsalçısı ilə bağlanıb. Hava-Dəniz Əməliyyatlarına Nəzarət Mərkəzinin layihəsi üzərində işlərin Kolorado, Nevada və Ohayo ştatlarında aparılacağı və 2036-cı ildə tamamlanacağı planlaşdırılır.

“Boeing 747-200” təyyarəsinin modernizə edilmiş “Boeing E-4 Nightwatch” variantı havada yanacaq doldurulması şərti ilə bir həftəyədək fasiləsiz uça bilir. Təyyarədəki avadanlıqlar göyərtədəki insanları nüvə partlayışının zərərlərindən qoruyur. ABŞ komandanlığı bu təyyarə vasitəsilə strateji və qeyri-strateji qoşun növləri ilə əlaqə saxlayır. Hazırda ABŞ Hərbi Hava Qüvvələrində dörd ədəd belə təyyarə var.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
85
8
Sources
Comment ()
Close