EN

“Mənə intim təkliflər edib, əmr verirlər”

“Əxlaq iradı bacarıqsızların ən son sığınacağıdır. Bütün dünyada Vaqneri inkar edirdilər Hitlerə görə. Amma kainat boyda sənətkardır”.

Publika.az xəbər verir ki, bunu Xalq artisti Faiq Ağayev Kult.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Faiq bəy, təhsilinizi aktyorluq üzrə almısınız. Niyə davam etmədiniz?

- Əslində, indiyə kimi davam edirəm. Konsertlərim, kliplərim, hər çıxışım bunu təsdiqləyir. Hə, bəlkə dramatik aktyor kimi yox, amma ixtisasıma görə musiqili teatr aktyoruyam, o istiqamətdə realizə etdim özümü.

- Yəni kliplərdə aktyorsunuz?

- Bəli. Rejissorlar məni aktyor kimi görmür nədənsə. Buna da, məncə, iki səbəb var. Ya məni aktyor kimi özləri üçün kəşf edə bilmirlər, ya da qonorarımdan qorxurlar.

- Bəs Faiq Ağayev müğənni olmasa, kim olardı?

- Həkim. Natamam təhsilimə görə elə həkim olmalı idim. Tibb Universitetinə daxil olmuşdum, özü də məhz cərrah olacaqdım. Amma yenə də təbibliyimdə qalmışam. Həkimlər bədənləri xəstəlikdən xilas edirlərsə, mən insanların əzilmiş ruhlarının müalicəsinə kömək edirəm.

- Sosial şəbəkə istifadəçiləri bir ara sizi Milli Məclisdə görmək istəyirdilər. Siz özünüz bunu istəyirsiniz?

- Mən onsuz da siyasətçiyəm. Siyasətim - musiqidir, sevgidir, mərhəmətdir. Milli Məclisdə kifayət qədər ləyaqətli, işini, peşəsini doğru görən deputatlar var, lakin heç biri çağırışı ilə mənim qədər adam toplaya bilməz.

- Onda bu, onların zəif olduğuna işarə deyil?

- Qətiyyən, siyasətin özəllikləri var, sənətin öz. Onlar beyinə, ağıla müraciət edir, mən isə könüllərə, ürəklərə.

- “İstənilən deputatdan güclüyəm” demişdiniz. Yenə elə düşünürsünüz?

- Bayaq dedim də, sabah elan etsəm ki, konsert verəcəyəm, minlərlə insan gələcək. Amma Milli Məclis üzvü desə ki, siyasi platformamı eşitmək üçün gəlin filan yerə, inanmıram ki, o qədər adam gələ. Bu mənada – bəli, özümü deputatlardan güclü sayıram.

- Parlament seçkisi olsa, namizədliyinizi verəcəksiniz?

- Hazırda planlarım solo konsertlə, yeni mahnılarla bağlıdır. İndilik başqa bir fikrim yoxdur.

- Bəs deputat olsanız, səlahiyyətinizdə dəyişmək olsa, musiqi sahəsində nəyi dəyişərsiniz? Məsələn, senzura istəyərsiniz nədəsə?

- Hüquqi dövlətdə hər şey qanunlarla tənzimlənir. Yaradıcılıq azadlığı var, sırf istəyimizə görə, lap bayağı olsa da, mahnıları qadağan edə bilmərik. Bunu media, televiziya və radiolar özü həll etməlidir. Məsələn, bayağı oxuyanları dəvət etmə. Əlbəttə, anlayıram, xeyli reytinq gətirir, amma mümkün olan tək mübarizə yolu budur.

- Bəs dəvət etməmək də senzura deyil?

- Dəvət edib-etməməyə qadağa yoxdur. Dəvət edirsənsə, ən azından bayağı danışmağa imkan vermə. Oxusun, danışmasın.

- Faiq Ağayev üçün sənətdən vacib nə var? Hansı halda səhnədən gedər?

- Sənətdən vacib anam var, amma səhnədən heç bir halda getmərəm. Daha dəqiq, sənətdə olmaq mənə maraqsız olsa, gedəcəyəm.

- Amma sevgiyə görə getdiyinizi demişdiniz…

- Hə, o heç, cavanlıq səhvim idi (gülür). Yarım il uzaqlaşdım səhnədən, amma gördüm ki, sənətsiz özüm özümə maraqsızam.

- Ananız desə, son qoy sənətə, bəs onda necə?

- Anam heç vaxt deməz elə. Başlanğıcda qadağa qoymuşdu, amma sonra gördü ki, düz qərar deyil. O, həm ən böyük tənqidçim, həm də ən böyük pərəstişkarımdır. Anam tutarlı bir səbəb gətirib, desə ki, sənətdən get, bu barədə düşünərəm.

- Sizdə nəyi tənqid edir?

- Məsəlçün, deyə bilər ki, kaş filan sözü efirdə deməzdin. Hər dəfə efirdən sonra zəng edir, müzakirə edirik, geyimdən danışığa qədər. Allaha dua edirəm ki, bu məsləhətləri uzun illər eşidim.

- Faiq bəy, siz həm də intellektiniz, ədəbiyyata olan marağınıza görə seçilirsiniz. Daha çox hansı janrda kitablar oxuyursunuz?

- Sizə bir sirr açım, düz 4 ildir, kitab oxumuram. Bilmirəm həyatımda nə mərhələdir, amma uzaq düşmüşəm kitabdan. Sonuncu oxumağa başladığım “Şantaram”dır.

- Çingiz Abdullayevi bəyənməyən adamlar çoxdur. Deyirlər, detektiv, xüsusilə onun detektivləri yaxşı deyil. Siz isə onu çox bəyənirsiniz.

- Mən ümumiləşdirmənin əleyhinəyəm. Bir qisim insanın Çingiz Abdullayevdən xoşu gəlməyə bilər, amma bu, o demək deyil ki, hamı ona qarşıdır. Elmi araşdırmalara görə, okeanda ən səs-küylü canlı krevetkadır. Çingiz Abdullayevə haqsız olaraq irad bildirənlər mənimçün o okeanda səs salan krevetkalardır. İnsanların çoxu məlumatsızdır, adamları tanımadan, bilmədən, nə gəldi, necə gəldi danışırlar. Adicə bir xəbər çıxır, başlığı oxuyurlar, məqalənin içindəkilərinə baxmadan söyürlər, lağ edirlər. Məsələn, xəbər çıxıb ki, “Faiq Ağayevə sərt qadağa: Toyu tam oxumayacaq”. Girib, məqaləni oxumayacaqlar ki, bu qadağanın səbəbi nədir, niyə belə edir Faiq Ağayev? Əslində, indi məclislərdə ancaq yarım saat oxuyuram. Çünki irimiqyaslı layihəyə hazırlaşıram, səsimi qorumalıyam.

- Deyəsən, bu da anons oldu, hə?

- Aha, elə oldu. Elə buradan deyim, hazırlaşın, konsertlər baş tutacaq.

- Faiq bəy, müasir Azərbaycan ədəbiyyatından kimləri oxumusunuz?

- Nəzərə alaq ki, mən rus bölməsini bitirmişəm, məktəb, universitet zamanı Azərbaycan dilində olan ədəbiyyata maraq göstərməmişəm. Ancaq 25 yaşdan sonra oxumuşam onları. Ordubadidən tutmuş Ramiz Rövşənə, Anara, Cəlil Cavanşirə, Qan Turalıya, rus dilində yazan Nərminə Məmmədzadəyə qədər. “Facebook” dostlarımdan Nadir Yalçının yazıları ilə tanışam. Belə, bu cür. Çoxdur, sosialdan çox oxuyuram yazıları, məqalələri. İndi hamısı yadıma düşmür müəlliflərin, üzrlü saysınlar. Bir az pis səslənsə də, üzdə olanları oxumuşam. Amma şadam ki, yeni format yaranıb ədəbiyyatda. Qəbul etdiklərim və etmədiklərim var.

- Faiq bəy, bəs gənc musiqiçilər necə, onlardan da qəbul etmədiyiniz var?

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
259
13
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23376
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
16300
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14568
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
13133
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11452
Helikopterin qalıqları tapılıb
9942
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7264
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6710
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5458
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5335
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5330
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4178
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4122
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3652
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2913
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2173
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1834
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1733
Azərbaycan nefti ucuzlaşdı
1714