Bu gün Azərbaycan Basketbol Liqasında XVIII turun növbəti görüşü keçiriləcək.
İdman.biz xəbər verir ki, günün yeganə matçı Gəncədə təşkil olunacaq.
Şəhərin eyniadlı komandası “Sumqayıt”ı qəbul edəcək. Hər iki klub pley-off şansını itirdiyindən oyun turnir cədvəlində nəyisə dəyişməyəcək.
Qeyd edək ki, turun ilk 3 görüşündə "Sabah" "Xəzri"yə 77:65, “Xırdalan” “Cəlilabad”a 90:84, “Neftçi” isə “Sərhədçi”yə 73:69 hesabı ilə qalib gəlib. Sabah turun son matçında NTD – İNDİQO – “Şəki” ilə qarşılaşacaq.
27 aprel
XVIII tur
14:00. "Gəncə" – "Sumqayıt"
"Gəncə" Olimpiya İdman Mərkəzi
Sabah BK | 18 | 15 | 3 | 1722-1478 (+244) | 33 |
Xəzri BK | 18 | 13 | 5 | 1577-1485 (+92) | 31 |
NTD-İNDİQO | 17 | 13 | 4 | 1589-1377 (+212) | 30 |
Xırdalan BK | 18 | 12 | 6 | 1674-1636 (+38) | 30 |
Neftçi İK | 18 | 12 | 6 | 1569-1463 (+104) | 30 |
Sərhədçi PİK | 18 | 7 | 11 | 1553-1579 (-26) | 25 |
Sumqayıt BK | 17 | 6 | 11 | 1440-1553 (-113) | 23 |
Cəlilabad BK | 18 | 5 | 13 | 1555-1664 (-109) | 23 |
Gəncə BK | 17 | 4 | 13 | 1434-1574 (-140) | 21 |
Şəki BK | 17 | 1 | 16 | 1262-1566 (-304) | 18 |
İdman.biz