EN

“Qalatasaray” səfərdə “Adana Demirspor”u darmadağın etdi - VİDEO

Türkiyə Super Liqasının 34-cü həftəsində “Qalatasaray” səfərdə “Adana Demirspor”u 3:0 hesabı ilə məğlub edib.

Oxu.Az xəbər verir ki, qələbəni gətirən qolları 53-cü dəqiqədə Hakim Ziyeç, 64-cü dəqiqədə Kerem Demirbay və 90+1-ci dəqiqədə Mauro İkardi vurub.

“Qalatasaray” bu qələbə ilə Super Liqada ən çox xal toplayan komanda adını qazanıb.

Bu nəticədən sonra “sarı-qırmızılar” 93 xalla “Fənərbağça” ilə xal fərqini 7-yə yüksəldib. “Adana Demirspor” isə 41 xalla 11-ci pillədə qalıb.

Qeyd edək ki, “Qalatasaray” gələn həftə öz meydanında “Sivasspor”u qəbul edəcək.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
144
2
Sources
Comment ()
Close