Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan xəstəxanadan buraxılıb.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə keçmiş dövlət başçısının mətbuat katibi Arman Musinyan sosial şəbəkədə məlumat verib.
Mətbuat katibinin sözlərinə görə, Petrosyan xəstəxanada planlı müayinədən keçib.
"Bu gün Ter-Petrosyan adi müayinədən keçdikdən sonra xəstəxanadan buraxılıb", - Musinyan yazıb.
Xatırladaq ki, Levon Ter-Petrosyan 1991-1998-ci illərdə Ermənistanın prezidenti olub. Onun 79 yaşı var.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun