EN

İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib

İsveçrə parlamentinin Siyasət və Təhlükəsizlik Komitəsi Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi üzrə tədbirlər paketi çərçivəsində adıçəkilən ölkəyə 5 milyard İsveçrə frankı (5,5 milyard ABŞ dolları) verilməsi planını dəstəkləyib.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə parlamentin saytında dərc olunmuş press-relizdə məlumat verilib.

Rəsmi açıqlamadan anlaşılır ki, söhbət xüsusi qanunla tənzimlənən və rəsmi Kiyevin maliyyə ehtiyaclarının ödəniləcəyi fondun yaradılmasından gedir. İsveçrənin bu fonda töhfəsi 5 milyard frank təşkil etməlidir. Bu vəsait Ukraynanın mülki infrastrukturunun bərpasına yönəldiləcək.

Tədbirlər paketi Ukraynaya yardım üçün pul ayrılması ilə yanaşı, 2025-ci ildən 2028-ci ilə qədər olan dövrdə İsveçrə Silahlı Qüvvələrinin maliyyələşdirilməsinin 4 milyard frank artırılmasını (29,8 milyard franka çatdırılmasını) nəzərdə tutur və ordunun döyüş qabiliyyətinin tezliklə gücləndirilməsinə yönəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
57
2
Sources
Comment ()
Close