EN

“Taleh Yüzbəyov qələt edir, tərbiyəsizliyimi harada görüb?” – Rasim Balayev SƏRT DANIŞDI

“İctimai TV”də yayımlanan “Alatava” serialı müzakirələrə səbəb olub.

Bir sıra narazılıqlardan sonra serialın ssenari müəlliflərindən olan aktyor Taleh Yüzbəyov tənqidlərə cavab verib.  O, “Alatava” serialını tənqid edən Xalq artistlərini tərbiyəsiz adlandırıb. 

Qlobal.net xəbər verir ki, T.Yüzbəyova Xalq artisti Rasim Balayevin cavabı kifayət qədər sərt olub. 

“Künc-bucaq” layihəsinin qonağı olan sənətçi Yüzbəyovun ittihamlarına cavab verib: “Ekrandan söyüş söyməzlər. Bəs o bizim tərbiyəsizliyimizi harada görüb? Eşitdiyimə görə, deyib ki, ev alanlar tərbiyəsizdir. Bu tərbiyəsizlikdir? O, çox qələt danışıb. Hökumət zaman-zaman sənət adamlarını qiymətləndirib və ev bağışlayıb. Bu ta qədimdən gələn bir ənənədir, o vaxt şahlar da dahi şairlərə ənam verirdilər. Bu hökumətin sənətkarlara diqqətidir, burada tərbiyəsiz nə var? Məsələn, mən erməninin evində kirayə yaşamışam, bu, mənim yaradıcılığıma da təsir edirdi, daha sonra dövlət mənə mənzil verib.

Taleh Yüzbəyovun yazdığı fikirlər də aydın deyil, anlaşılmır, dumanlıdır. Elə ona görə də bu cür adamların çəkdiyi filmlər də anlaşılmır. Biz konkret söyüşdən danışırıq.

Mən heç vaxt kimisə qaralamaq fikrində olmamışam. Əksinə, mənim özümə qarşı kampaniya aparılıb. Bəzən çıxıb deyiblər ki, Kino İttifaqını yedilər, dağıtdılar. Nə yedik, nə dağıtdıq? Hamısı şər, böhtan, yalandır”.

Qeyd edək ki, Xalq artisti Rasim Balayev ötən gün “Yeni Sabah”a açıqlama verərək, “Alatava” serialında söyüş söyülməsini və qeyri-etik ifadələrin ekrana gətirilməsini tərbiyəsizlik adlandırmışdı.


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
3
Sources
Comment ()
Close

Rating

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
44457
Abdullahianın cəsədi tapıldı - FOTO
33092
Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi
27541
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24781
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
20174
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
17870
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
15170
Helikopterin qalıqları tapılıb
11787
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11715
"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA
8212
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
8179
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6980
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6966
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5923
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5470
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
5379
"Kurtlar Vadisi"ndəki helikopter qəzası səhnəsi yenidən gündəm oldu - VİDEO
5070
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4465
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3973