EN

İqtisadiyyatın rəqəmsallaşması nağdsız ödənişlərə stimul verir

"İqtisadiyyatın rəqəmsallaşması nağdsız ödənişlərin həcminin əhəmiyyətli şəkildə artmasına səbəb olur və nəticə etibarilə bu, vergilərin həcminin artmasına da səbəb olur".

"vergiler.az" xəbər verir ki, bu fikri “Mastercard” beynəlxalq ödəniş sisteminin Azərbaycan və Türkiyə üzrə Baş direktoru Avşar Gürdal keçirdiyi mətbuat konfransında səsləndirib. Onun sözlərinə görə, Azərbaycanda təmassız ödənişlərin ümumi ödənişlərdəki payının 60-70%-dək artacağı gözlənilir: "Bu, əsasən, Azərbaycanın yeni texnologiyalara uyğunlaşma sürətinin dünyanın digər ölkələrindən yüksək olması ilə əlaqədardır. Əhalinin gənc olması, texnologiyalara maraq, Mərkəzi Bankın atdığı addımlar rəqəmsal ödəmələrin artmasına təsir edir. Bunun nəticəsidir ki, Azərbaycanda NFC ödəmələri 30%-ə çatıb".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
44
Sources
Comment ()
Close