PSJ-nin futbolçusu Uqo Ekitikenin transfer hüququ “Ayntraxt”a keçib.
İdman.biz xəbər verir ki, Almaniya klubu bu ilin fevralında icarəyə götürdüyü futbolçuya sahib olmaq üçün 16,5 milyon avro ödəyib.
Ekitike ilə 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. Müqavilədə parislilərin futbolçunu geri qaytarmaq hüququ ilə bağlı bənd yer alıb.
Qeyd edək ki, 22 yaşlı hücumçu cari mövsüm “Ayntraxt”da keçirdiyi 12 oyunda 1 qol və 1 assistə imza atıb.
İdman.biz