"Kəpəz" hospitalında əməliyyat olunan yeniyetmə öldü
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə ölüb.
Sonxeber.az lent.az-a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb.
O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatdan sonra vəfat etdiyini bildirib.
Daxil olan şikayət əsasında araşdırmalara başlanıb.