Türkiyənin Şırnak şəhərində PKK/KCK, İŞİD və FETÖ terror təşkilatlarına qarşı keçirilən əməliyyatda 19 nəfər saxlanılıb.
E-huquq.az xəbər verir ki, Jandarma Komandanlığı terror aktlarının qarşısını almaq məqsədilə şəhər mərkəzi və rayonlarında müəyyən edilmiş ünvanlarda əməliyyat keçirib.
Əməliyyat zamanı 19 şübhəli yaxalanıb.
Şübhəlilər polis bölməsinə aparılıb.
Şəbnəm Mehdizadə