EN

Ənginarın saysız-hesabsız faydaları

Qaraciyər sağlamlığı üçün faydaları ilə tanınan ənginarın bir çox başqa faydaları da var.

News24.az xəbər verir ki, orta ölçülü ənginar (artishok) vitamin və mineral mənbəyidir. 

Yüksək folat, C və K vitaminləri ehtiva edən ənginar həm də maqnezium, fosfor, kalium və dəmirin yaxşı mənbəyidir. Gündəlik tələb olunan 23-28 qram lifin təxminən 7 qramını orta ölçülü bir ənginardan almaq olar. Bir ənginarda təxminən 60 kalori və 4 qram protein var. 

1. Xolesterolu balanslaşdırır

Xüsusilə ənginar yarpaqları xolesterol səviyyəsini tarazlamağa kömək edir. 700-dən çox insanla aparılan araşdırmaya görə, ənginar yarpağı ekstraktı verilən insanlarda 5-13 həftə ərzində pis xolesterinin (LDL) azaldığı müəyyən edilib. Başqa bir araşdırmada, LDL xolesterolunda 30%, trigliserid nisbətində isə 22% azalma olduğu ifadə edilib. Ənginar ekstraktı yaxşı xolesterolu (HDL) artıracağı iddiası da var. Ənginar luteolin adlı antioksidant sayəsində xolesterolun qarşısının alınmasında mühüm rol oynayır. Ənginar yarpaqlarında olan komponentlər ümumi xolesterol səviyyəsini azaltmağa kömək edir.

2. Qan təzyiqini tənzimləməyə kömək edir

Araşdırmalar göstərir ki, ənginar tərkibindəki kalium sayəsində qan təzyiqini tənzimləməkdə təsirli olur.

3. Qaraciyər Sağlamlığına Faydalıdır

Ənginar dedikdə ağlımıza bu dadlı tərəvəzin qaraciyər üçün faydaları gəlir. Ənginar yarpağı ekstraktı qaraciyəri qoruya və qaraciyəri bərpa edə bilər. O, həmçinin qaraciyərdən zərərli toksinlərin çıxarılmasına kömək edən safra istehsalını artırır.

4. Həzm sistemini dəstəkləyir

Liflə zəngin ənginar bağırsaqlara faydalı bakteriyaları artıraraq kolon xərçəngi riskini azaltmağa kömək edə bilər. Həmçinin qəbizlik və ishal kimi problemlərin qarşısını alaraq həzm sisteminin düzgün işləməsini dəstəkləyir. Probiotik rolunu oynayan inulin lifi ənginarı güclü edir. Bulantı, mədə yanması və şişkinlik kimi həzm problemlərini aradan qaldırmaqda təsirli ola bilər.

5. İrritabl Bağırsaq Sindromu (İBS) Simptomlarını Azalda bilər

Qarın ağrısı, kramp, ishal, şişkinlik və qəbizlik kimi problemlərə səbəb olan həzm sistemi xəstəliyidir. Araşdırmalar göstərir ki, xüsusilə də ənginar yarpaqları bu simptomları azaltmağa kömək edə bilər. Xüsusilə ənginarda olan bəzi birləşmələrin İBS-də yaşanan əzələ spazmlarını dayandırmağa, bağırsaq bakteriyalarını balanslaşdırmağa və iltihabı azaltmağa kömək edə biləcəyi deyilir. 

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
37
news24.az

1Sources

Şərh (5144)
Bağla
The standard chunk of Lorem Ipsum used since the 1500s is reproduced below for those interested. Sections
2
Cavab yaz
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry.
0
Cavab yaz
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout.
0
Cavab yaz
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit
0
Cavab yaz
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.
2
Cavab yaz
(48) Daha çox şərh