Rusiya-Ukrayna müharibəsində rus hərbçiləri tərəfindən ələ keçirilən NATO texnikası nümayiş üçün Moskvanın Poklonnaya təpəsinə aparılıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV-də müvafiq görüntülər yayılıb.
Hərbi Qənimətlər Sərgisinə Almaniyanın "Leopard-2" tankları və "Marder" piyada döyüş maşınları, Britaniyanın "Bradley" piyada döyüş maşınları, Amerikanın M113 zirehli maşınları və hərbi Hummerləri, Fransanın AMR-10RC zirehli maşınları, Ukraynanın "Kozak 2" zirehli texnikası və digər hərbi avadanlıqlar yığılıb.
Bütün bu silahların NATO və ABŞ tərəfindən Ukraynaya verildiyi deyilir.
Qeyd edək ki, hərbi texnikaların sərgisi mayın 1-də açılacaq və bir ay davam edəcək.
Ağarza Elçinoğlu