EN

Rəsmi nikah, yoxsa vətəndaş evliliyi vacibdir? - RƏYLƏR

Azərbaycan qanunvericiliyi vətəndaş nikahı insitutunu tanımır. Qanun yalnız rəsmi, dövlət qeydiyyatından keçmiş nikahları tanıyır. Amma din xadimləri vətəndaş nikahını vacib hesab edirlər. Dini kəbinlərin rəsmi nikahlardan əsas fərqi nədir? Rəsmi nikah, yoxsa vətəndaş evliliyi vacibdir? SİA mövzu ilə bağlı Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Turan Abdullazadə və ilahiyyatçı Elşad Mirinin fikirlərini öyrənib.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Turan Abdullazadə: "Dini kəbin kəsmək, dini nikah hüquqi əhəmiyyətə malik deyil və dövlət tərəfindən tanınmır. Dini nikah da qeyri-rəsmi nikahın bir növüdür. Yeni dini nikah kəsdirən cütlüklər rəsmi nikahdan əmələ gələn əmlak iddiası ilə bağlı bir-birinə qarşı tələb irəli sürə bilməz. Dini kəbin kəsdirən cütlüklərin bir-birinə qarşı əmlak iddiası qaldırması vaxt itkisindən başqa bir şey deyil. Azərbaycan Respublikasının konstitusiyasına əsasən din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir.

Dini nikah kəsdirən cütlüklərin bir-birinə qarşı hansı iddiası ola bilər?

Dini kəbin kəsdirən qadın nikahdan kənar doğulmuş övladına görə uşağın atasına qarşı aliment iddiası qaldıra bilər. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və atanın razılığı olmadıqda atalıq ananın ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Yəni atanın belə razılığı olmadıqda məhkəmə qaydasında atalıq müəyyən olunduqdan sonra qeyri-rəsmi nikaha daxil olmuş qadının uşağına görə aliment almaq hüquqları yaranır. Atalıq müəyyən olunduqdan sonra nikahdan kənar doğulmuş uşaqların nikahdan doğulan uşaqlarla bərabər hüquqları vardır. Yəni nikahdan kənar doğulmuş uşağa atalıq müəyyən olunduğu təqdirdə aliment düşür".

İlahiyyatçı Elşad Miri: "Rəsmi nikah dövlətin qəbul etdiyi, tanıdığı, hər iki tərəfin haqq və hüquqlarını qoruduğu, uşaqların miras, vərəsəlik hüququnun ortaya çıxdığı məsələdir. Burada hər tərəf qorunur. Amma digərində vətəndaş evliliyidir. Vətəndaş evliliyi dediyimiz dünyanın heç bir yerində rəsmi şəkildə həyata keçirilmir. Bunlar öz aralarında olan yanaşmadır. Amma İslam dinində kəbin dediyimiz anlayış belədir ki, şahidlər olduğu zaman digər insanların da biliyi daxilində olarsa, gizli olmadığı təqdirdə qəbul edilir. Amma burada da qadının tərəfi hüquqi baxımdan da qorunmalıdır. Uşaqlar dünyaya gələrsə, onlar qorunmalıdır. Bunlar da nəzərə alınarsa, sabah hansısa məsələ, kişinin ağzından çıxacaq 2-3 sözdən ibarət olmayacaqsa, burada heç bir problem yoxdur. Amma hansısa tərəfin hüququ pozularsa, vərəsəlik məsələsi ortaya çıxmazsa, aliment və digər məsələlər olmazsa, o zaman bunun bir mənası qalmır".

Müəllif: Söylü Ağazadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
115
27
sia.az

10Sources

Şərh (5144)
Bağla
The standard chunk of Lorem Ipsum used since the 1500s is reproduced below for those interested. Sections
2
Cavab yaz
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry.
0
Cavab yaz
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout.
0
Cavab yaz
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit
0
Cavab yaz
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.
2
Cavab yaz
(48) Daha çox şərh