«Zirə» Premyer Liqanın 31-cü turunda çox vacib qələbə qazandı.
Qəsəbə təmsçilçisi öz meydanında «Neftçi»yə 3:1 hesabıyla qalib gələrək, avrokuboklara vəsiqə yolunda mühüm addım atdı.
Matçın son yarım saatını 1 nəfər azlıqda keçirməsinə baxmayaraq, 2 qol vuran və 3 xal əldə edən «qartallar» rəhbərlik tərəfindən bunun qarşılığını alıb.
Turnir cədvəlində 2-ci pilləyə yüksələn komanda üzvlərinin hər birinə 4000 manat mükafat verilib.
SPORTÄ°NFO.AZ