EN

Azərbaycanın bank sektorunun aktivləri 9,1 % artıb

Bu il aprelin 1-nə Azərbaycanın bank sektorunun aktivləri 48 milyard 909,9 milyon manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2023-cü il aprelin 1-i ilə müqayisədə 9,1 % çoxdur.

Bankların aktivlərinin 22 milyard 707,6 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 20,5 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 42 %-dən 46,4 %-ə qalxıb.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 9,3 % artaraq 42 milyard 612,5 milyon manata, o cümlədən depozit portfeli 9 % artaraq 34 milyard 812,8 milyon manata çatıb. Bunun 12 milyard 868,5 milyon manatı fiziki, 21 milyard 944,3 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 9,8 %, şirkətlərin banklardakı vəsaitləri isə 8,6 % artıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 2,5 dəfə azalaraq 47,1 milyon manat olub.

Sektorun balans kapitalı isə 7,7 % artaraq 6 milyard 297,5 milyon manat təşkil edib.

Fuad Mədətov
Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
50
3
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
12039
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8600
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
8496
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2365
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2080
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1893
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1773
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1519
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1158
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
942
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
729
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
532
Arda Gülər dayanmır, yenə fərqləndi -
470
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
432
Arda dubl etdi - VİDEO
373
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
370
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
368
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
365