Bu gün Türkiyə Superliqasında 34-cü tura start veriləcək.
İdmanxeber.az məlumat verir ki, Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Dəmirspor” “Qalatasaray”ı qəbul edəcək.
Matça Bakı vaxtilə saat 21:00-da start veriləcək. Məhəmmədəliyevin oyuna start heyətində başlayacağı gözlənilir.
Əlavə edək ki, “Qalatasaray” 90 xalla liderdir, Adana təmsilçisi isə 41 xalla 11-ci pillədədir.