EN

Kosmik Stansiyada tapılan təhlükəli bakteriyalar insanlar üçün əhəmiyyətli ola bilər

Kosmik

Beynəlxalq Kosmik Stansiyada dərmana davamlı və mutasiyaya uğramış bakteriyaların peyda olması faktı məxfilikdən çıxarılaraq təsdiqlənib.

Reyting.az
xəbər verir ki, faktı NASA təsdiqləyib.

NASA bildirir ki, Beynəlxalq Kosmik Stansiyanın ərazisində mutasiyaya uğramış və Yer üzündə mövcud analoqlarından çox fərqli dərmanlara qarşı müqavimət göstərən bakteriyalar var.

NASA-nın saytında qeyd edilir ki, Beynəlxalq Kosmik Stansiyanın göyərtəsindəki mutasiyaya uğramış bakteriyalar Yer üzündəki analoqlarından fərqlənir və onlar çox böyük təhlükə mənbəyi ola bilər.

NASA nəzdində elmi fəaliyyəti ilə tanınan Reaktiv Sürüşmə Laboratoriyasının baş müstəntiqi Dr. Kasturi Venkatesvaranındediyinə görə, o, Yer kürəsində dərmana müqaviməti ilə tanınan bakteriya növünü -"E. bugandensis"-in 13 ştammını geniş tədqiq edib. Araşdırmaların nəticələri ilə bağlı hətta elmi məqalə də dərc olunub. Tədqiqatçının fikri NASA nəticələri ilə üst-üstə düşür.

Elə buna görə də NASA yenicə paylaşdığı bir məlumatda bildirir ki, sözügedən bu ştammlar bir müddətdir kosmosda yuva salıb. Bu təhlükəli, həm də dərmana dözümlü bakteriyaların artıq Beynəlxalq Kosmik Stansiyanın göyərtəsində təcrid olunması barədə məlumatlar da var.

Bakteriyalar Beynəlxalq Kosmik Stansiyanın göyərtəsində olduğu müddət ərzində həmin ştammlar "qoşunu" mutasiyaya uğrayaraq genetik, həmçinin də funksional olaraq Yer kürəsindəki analoqlarından çox uzaqlaşıblar.

Kosmik agentliyin məlumatına görə, həmin bakteriya ştammları müxtəlif digər mikroorqanizmlərlə təcrid olunmuş vəziyyətdə yaşaya, bəzi hallarda isə potensial olaraq başqa orqanizmlərin sağ qalmasına kömək edə bilər.

Beynəlxalq Kosmik Stansiyanın (BKS) özəlliyi onun özünəməxsus rejimdə işləməsi, həm də müəyyən funksiyaları daşımasıdır. Elə isə belə bir sual meydana çıxır: BKS Yer kürəsindən nə ilə fərqlənir?

Bütün sualları cavablandırmağa hər vaxt hazır olduğunu açıqlayan NASA izah edir ki, BKS-də olan hər kəs mikroqravitasiya, radiasiya və yüksək karbon qazına məruz qalır. Belə bir mühit isə durmadan çalışan tədqiqatçılara ekstremal, həm də unikal şəraitdə bakteriyaları araşdırmaq imkanı verir.

NASA tədqiqatçıları daha bir məqamı da qeyd edirlər: kosmosda peyda olan və mutasiyaya uğrayan bu bakteriya müalicəvi əhəmiyyətli də ola bilər.

Həmin mühitə gətirilən hər hansı mikroorqanizmlər mütləq sağ qalmaqdan ötrü uyğunlaşmalı olacaqlar.

Sağ qalmaq uğrunda mübarizə aparacaq bu bakteriyaları araşdırmaq imkanı əldə edən tədqiqatçılar ümid edirlər ki, onların araşdırması bir çox effektiv müalicələrə səbəb olacaq, eləcə də bəzi dəyərli ideya və fikirləri inkişaf etdirəcək.

Oqtay QORÇU
Reyting.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
21
reyting.az

1Sources

Şərh (5144)
Bağla
The standard chunk of Lorem Ipsum used since the 1500s is reproduced below for those interested. Sections
2
Cavab yaz
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry.
0
Cavab yaz
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout.
0
Cavab yaz
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit
0
Cavab yaz
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.
2
Cavab yaz
(48) Daha çox şərh