Bakıda gənc qız dəm qazından boğulub.
OLAY “Qafqazinfo”ya istinadən yazır ki, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib.
Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskva Dövlət Universitetinin Bakı filialının tələbəsi olub.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
![](https://olay.az/uploads/posts/2024-04/qiz__1_.webp)
![](https://olay.az/uploads/posts/2024-04/qiz__4_.webp)
![](https://olay.az/uploads/posts/2024-04/qizz.webp)
![](https://olay.az/uploads/posts/2024-04/qiz__2_.webp)