EN

Tibbi arayışlar elektronlaşdırıldı -Necə əldə etmək olar? - TƏLİMAT

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb.

Medicina.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il avqustun 1-də imzaladığı “Dövlət orqanları arasında sənəd mübadiləsinin elektronlaşdırılmasıhaqqında” Fərmana əsasən dövlət orqanlarında kargüzarlığın aparılması sahəsində qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından istifadə olunmaqla “kağızsız hökumət”ə keçid prosesi sürətləndirilib, rəqəmsal idarəçilik tətbiq olunmağa başlayıb.

Vətəndaşlar üçün tibb xidməti daha çevik və əlçatan etmək üçün TƏBİB-in tabeliyində olan bütün tibb müəssisələrində elektronlaşma və informasiya texnologiyalarının tətbiqi uğurla həyata keçirilir. Bu sahədə aparılan işlərin tərkib hissəsi kimi“İşə qəbul olunanlar üçün”, eləcə də “Sürücülüyə yararlı olmaq barədə” tibb arayışlar elektronlaşdırılıb.

May ayının 1-dən etibarən hər iki tibbi arayışı elektron formada tibb müəssisələrindən rahat və operativ şəkildə əldə etmək mümkün olacaq. Artıq Bakı şəhərindəki 14 tibb müəssisəsində, Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki poliklinikalarda, o cümlədən 56 rayon mərkəzi xəstəxanasında elektron arayışları almaq üçün zəruri infrastruktur qurulub, resurslar formalaşdırılıb, aidiyyəti üzrə personal təlimlər keçib və prosesə adaptasiya mərhələsi uğurla başa çatdırılıb.

Elektron tibbi arayış xidmətinin təqdimatı ilə bağlı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun, TƏBİB-in tabeliyindəki "Rəqəmsal Tibbi Həllər" MMC-nin, Azərbaycan Respublikasının Daxili işlər, Əmək və əhalinin sosial müdafiəsi, Elm və təhsil nazirliklərinin, eləcə də media nümayəndələrinin iştirakı ilə brifinq keçirilib.

Tədbiri giriş sözü ilə açan TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi, xüsusən də dövlət xidmətlərinin elektronlaşdırılması sahəsində yeni bir mərhələ başlandığını qeyd edib. O, səhiyyə sahəsində rəqəmsallaşdırılmanın, tibdə innovativ texnologiyaların tətbiqi prosesinin əhəmiyyətindən danışıb.

“Hazırda TƏBİB-in tabeli tibb müəssisələrində ən çox müraciət olunan arayışlar - işə, təhsil müəssisələrinə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlardır. 2023-cü ərzində 28 893 nəfərə “Ali məktəblərə, kolleclərə, liseylərə daxil olan abituriyentlər və işə qəbul olunanlar üçün”, 4 404 nəfərə isə “Sürücülüyə yararlı olmaq barədə” tibb arayış təqdim olunub.
Uzun müddət TƏBİB-in Daxili işlər, Əmək və əhalinin sosial müdafiəsi nazirlikləri ilə əməkdaşlığı çərçivəsində artıq elektron arayışlar müvafiq alt sistemlərə inteqrasiya olunub. Hazırda Elm və Təhsil Nazirliyi ilə ali məktəblərə, kolleclərə, liseylərə qəbul olunan abituriyentlər üçün də sağlamlıq arayışları elektronlaşdırılır” - deyə Vüqar Qurbanov qeyd edib.

Digər çıxışçılar da qabaqcıl informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin dövlət siyasətinin prioritetlərindən olduğunu və bu sahədə son illərdə mühüm nailiyyətlər əldə edildiyini vurğulayıblar. Onlar yeni təqdim olunan elektron tibbi arayışlar xidmətinin bu istiqamətdə yeni mərhələ olduğunu qeyd edib və xidmətin vətəndaş məmnunluğunun artırılmasında dönüş yaradacağına əminliklərini ifadə ediblər.

Sonra "Rəqəmsal Tibbi Həllər" MMC-nin direktor müaviniMisirxan Sadıqzadə elektron tibbi arayışlar barədə təqdimatla çıxış edib. Tibbi arayışların elektron tərtibatı, eləcə də onların elektron formada necə əldə olunması qaydasına dair geniş məlumat verib.

Qeyd olunub ki, elektron arayışlar kağız daşıyıcı ilə eyni hüquqi qüvvəyə malikdir.


Elektron tibbi arayışların əldə olunması ilə bağlı TƏLİMAT


- İşə qəbul olunanlar və ali məktəblərə, kolleclərə, liseylərə daxil olan abituriyentlər üçün sağlamlıq haqqında arayış

- Sürücülük vəsiqəsinin əldə edilməsi üçün təqdim edilən sürücülüyə yararlı olmaq haqqında tibbi arayış


Vətəndaşların elektron tibbi arayışı əldə etmələri üçün keçməli olduqları proses bunlardır:

•Tibb müəssisəsinə ilkin müraciət
•Laborator analizlərin verilməsi
•Həkim qəbullarından keçmək
•Arayışın hazır formasının şəxsi kabinetdən və mobil tətbiqdən əldə edilməsi
•Təsdiqlənmiş arayışın etibarlılıq müddəti ərzində istənilən müəssisəyə təhvil verilməsi


Daha sonra:

- İstifadəçilər“E-TABİB” mobil tətbiqi və “kabinet.its.gov.az” veb-səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

- “Şəxsi kabinet”ə daxil olduqdan sonra QR kod vasitəsilə sağlamlıq və sürücülüyə yararlı olmaq haqqında tibbi arayışları elektron əldə edə biləcəklər.

- Elektron çap formanın üzərində olan QR kodu oxudaraq açılan veb-səhifədə arayışın qüvvədə olma müddəti və ümumi məlumatların yoxlayaraq PDF formatı yükləyə biləcəklər.

Brifinq media nümayəndələrinin aidiyyəti üzrə suallarının cavablandırılması ilə yekunlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
145
50
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
17732
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12690
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10088
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4333
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3925
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3262
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3093
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2656
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2297
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2121
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1605
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1110
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1023
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
986
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
982
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
981
Mayın ilk gününün havası açıqlanıb
896
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
793