EN

Baş Qərargah rəisi: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tapşırıqları başa çatmış hesab edilir

2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistan Silahlı Qüvvələrinin növbəti silahlı təxribatının qarşısını alaraq, əks-həmlə əməliyyatı keçirdi.

Visiontv.az  APA -ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəhbərliyi altında aparılmış 44 günlük Vətən müharibəsi Azərbaycan Respublikasının tam qələbəsi və ərazi bütövlüyünün təmin edilməsi ilə başa çatıb:

“Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin 10 noyabr 2020-ci il tarixli bəyanatına əsasən, atəşkəs rejimi elan olundu və 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Türkiyə Respublikası və Rusiya Federasiyası arasında imzalanmış 11 noyabr 2020-ci il tarixli memoranduma əsasən, yaradılmış Birgə Monitorinq Mərkəzi 3 ildən artıq müddət ərzində sülhün təmin olunmasına öz töhfəsini verdi. Birgə fəaliyyət nəticəsində mərkəz öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi, Qarabağ İqtisadi rayonu ərazisində sülhün və sabitliyin təmin olunması üçün səylərini əsirgəmədi”.

Baş Qərargah rəisi qeyd edib ki, Azərbaycan Respublikasının Qarabağ İqtisadi rayonu üzərində tam nəzarətinin bərqərar olunması məqsədilə 2023-cü il sentyabr ayında keçirilmiş antiterror tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı birləşmələri ölkə ərazisindən tamamilə çıxarıldı: “Bu səbəbdən, Birgə Monitorinq Mərkəzinin tapşırıqları başa çatmış hesab edilir. 10 noyabr 2020-ci il tarixli bəyanata əsasən, Azərbaycan Respublikasının Qarabağ İqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası Sülhməramlı Kontingentinin də ölkə ərazisindən tam çıxardılması prosesinə başlanılıb. Regionda sülhün və sabitliyin rifahı naminə, vicdanlı və cəsarətli xidmətlərinə görə, Türkiyə və Rusiya hərbi qulluqçularına xüsusi təşəkkürümü bildirir, onlara gələcək xidmətlərində uğurlar arzu edirəm”.

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
50
13
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23480
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
18836
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
16751
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14597
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11472
Helikopterin qalıqları tapılıb
10108
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7341
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6715
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5558
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5376
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5334
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4215
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4204
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3680
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2956
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
2510
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2188
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
1939
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1866