Nigeriyanın Bauçi əyalətində 8 silahlı dəstə üzvü zərərsizləşdirilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Bauçi Əyalət Polisinin İctimaiyyətlə əlaqələr mütəxəssisi Əhməd Məhəmməd Vakil məlumat verib.
O, əməliyyat zamanı 8 dəstə üzvünün öldürüldüyünü, çoxlu sayda dəstə üzvünün isə yaralandığını söyləyib.
Silahlı dəstə üzvləri tərəfindən girov götürülən 3 nəfərin xilas edildiyini bildirən Vakil, dəstə üzvlərinə məxsus xeyli silah və sursatların ələ keçirildiyini də qeyd edib.
Şəbnəm Mehdizadə