Avropa çempionatı: Hidayət Heydərov mübarizəyə başlayır
Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən cüdo üzrə Avropa çempionatı davam edir.
Futbolpress.az xəbər verir ki, yarışın ikinci günündə daha 3 cüdoçumuz tatamiyə çıxacaq.
73 kq. çəki dərəcəsində Azərbaycanın 2 təmsilçisi, üçqat Avropa çempionu Hidayət Heydərov və Rəşid Məmmədəliyev güclərini sınayacaqlar.
Daha bir cüdoçu Zelim Tçkayev (81 kq) də medal qazanmağa çalışacaq.
Yarışın ilk günündə Balabəy Ağayev gümüş medal qazanmışdı.