EN

Rəsmi Pekin: Tayvan ətrafında vəziyyət sakitdir

Çinin xarici işlər naziri Van İ Tayvan boğazındakı vəziyyəti sakit adlandırıb, lakin bölgədə xaricdən sabitliyi pozan təsirlərə işarə edib.

“Report” xəbər verir ki, bu barədə o, Qətərin “Peninsula” nəşrinə müsahibəsində deyib.

“Ciddi çağırışlar var. Onların arasında ən böyük problemlər Tayvanın müstəqilliyini dəstəkləyən qüvvələrin separatçı fəaliyyəti, eləcə də xarici qüvvələrin müdaxiləsi ilə bağlıdır”, - o deyib.

Nazir xatırladıb ki, Tayvan qədim zamanlardan Çinin ayrılmaz hissəsi olub və 1943-cü il Qahirə Bəyannaməsində Tayvanın Yaponiya tərəfindən işğalından sonra Çinə qaytarılması nəzərdə tutulub:

“Tayvan məsələsi tamamilə Çinin daxili işidir və vətənin yenidən birləşməsinə necə nail olmaq Tayvan boğazının hər iki tərəfindəki Çin xalqının işidir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
42
2
Sources
Comment ()
Close