Maliyyə təqvimində yanvar-mart dövrünü 3-cü rüb olaraq qəbul edən Microsoft balans hesabatını açıqlayıb.
Marja xəbər verir ki, şirkətin gəlirləri 2024-cü ilin yanvar-mart dövründə keçən ilin eyni dövrü ilə müqayisədə 17% artaraq 61,9 milyard dollara çatıb. Microsoft 2023-cü ilin yanvar-mart dövründə 52,9 milyard dollar gəlir əldə edib.
Şirkətin xalis mənfəəti eyni dövrdə 20% artaraq 21,9 milyard dollar olub. Ötən ilin eyni dövründə şirkətin xalis mənfəəti 18,3 milyard dollar təşkil etmişdi.
Microsoft-un səhmbaşına mənfəəti bu müddət ərzində 2,45 dollardan 2,94 dollara yüksəlib.