Müttəfiqlər Ukraynaya S-300 və ya "Patriot" hava hücumundan müdafiə sistemləri göndərməyi xahiş ediblər, lakin Afina bunu etməyəcək.
Axar.az xəbər verir ki, bunu Yunanıstan Baş naziri Kiriakos Miçotakis bildirib.
"Yunanıstan Ukraynaya nə S-300, nə də "Patriot" göndərmək niyyətindədir. Bizdən soruşdular və niyə bunu edə bilməyəcəyimizi izah etdik", - Miçotakis deyib.
Onun sözlərinə görə, Yunanıstan Ukraynanı müxtəlif yollarla dəstəkləyib, müdafiə materialları verib.