İngiltərə Premyer Liqasında 29-u turun oyunlarına yekun vurulub.
İdman.biz xəbər verir ki, son matçda “Mançester Siti” qələbə qazanıb.
Son çempion səfərdə “Brayton”un qapısından 4 cavabsız top keçirib. Fil Foden dubl edərək, 3 xalın qazanılmasında böyük pay sahibi olub. “Mançester Siti” 76 xalla 2-ci pilləyə yüksəlib. Ehtiyatda 1 oyunu olan “şəhərlilər” lider “Arsenal”dan 1 xal geri qalırlar.
Qeyd edək ki, "Brayton"un qələbəsiz oyunlar seriyası 5-ə yüksəlib.
İngiltərə Premyer Liqası
29-cu turun oyunu
“Mançester Siti” – “Brayton” – 4:0
İdman.biz