![Almaniya](https://azertag.az/files/2024/1/1200x630/17140705485217115420_1200x630.jpg)
Berlin, 25 aprel, AZƏRTAC
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib.
AZƏRTAC xəbər verir ki, bu barədə bu gün Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayevin iştirakı ilə keçirilən brifinqdə Almaniya XİN-in başçısı Annalena Berbok bəyan edib.
“Mən şadam ki, bu il COP29 Azərbaycanda keçiriləcək. Azərbaycan bu tədbir çərçivəsində Almaniyanın dəstəyinə əmin ola bilər”, - deyə Almaniyanın xarici siyasət idarəsinin başçısı bildirib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin