EN

Müharibə başlayandan Polşa Ukraynaya 8,4 milyard avro yardım edib

PolÅŸa hökumÉ™ti bildirib ki, Ukraynada geniÅŸmiqyaslı müharibÉ™ baÅŸlayandan bÉ™ri ölkÉ™ KiyevÉ™ tÉ™xminÉ™n 8,4 milyard avro ekvivalentindÉ™ hÉ™rbi dÉ™stÉ™k verib. 

HİT.az xəbər verir ki, ümumilikdə, Ukraynaya 44 silah paketi göndərilib. Bu barədə bu gün parlamentdə çıxışı zamanı xarici işlər naziri Radoslav Sikorski bildirib.

Hərbi ekspertlərin fikrincə, Polşa Ukraynaya ən azı 300 tank və döyüş maşını, 14 döyüş təyyarəsi, helikopter, zenit sistemləri və döyüş sursatları verib.

Eyni zamanda, Kieldəki Dünya İqtisadiyyatı İnstitutu (İfW) araşdırma dərc edib ki, Aİ dövlətləri Ukraynaya hərbi yardım baxımından hələlik ABŞ-ı əvəz edə bilməz. Analitiklərin fikrincə, ilin sonuna kimi bütün Aİ ölkələri Ukraynaya kollektiv şəkildə 42 milyard avro, ABŞ isə 43,1 milyard avro ayıracaq.

"Ukrayna Support Tracker" layihəsinin rəhbəri Kristof Trebeşin sözlərinə görə, son aylarda Avropa ABŞ-ı geridə qoyub və hazırda hərbi yardım baxımından eyni səviyyədədir. Bununla belə, eyni zamanda, Aİ ölkələri istehsal gücünü çox yavaş-yavaş artırır və sursat baxımından ABŞ ilə böyük uçurumu bağlaya bilmir.

Samir

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
54
50
hit.az

10Sources