Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belova Qətərin paytaxtı Dohada uşaqların ailələrinə qovuşması ilə bağlı Ukrayna tərəfi ilə danışıqlar apardıqlarını açıqlayıb.
525.az "Ria Novosti" xəbər agentliyinin məlumatına istinadən bildirir ki, Lvova-Belova Dohada mətbuat konfransı keçirib.
Lvova-Belova, Rusiya ilə Ukrayna arasında uşaqların ailələrinə qovuşması ilə bağlı danışıqlar aparıldığına dair məlumatı paylaşıb.
Qətər tərəfinin bu siyahıları qeydə aldığını bildirən Lvova-Belova, il ərzində Qətərin vasitəçiliyi ilə ümumilikdə 33 uşağın ailələrinə qovuşduğunu bildirib.
Malik Atilay
Bizi İnstagramda izləyin