Ukraynanın aqrar siyasət naziri Nikolay Solski Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) tərəfindən korrupsiyada ittiham olunduqdan sonra istefa verib. Manset.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. “Ukrayna Ali Radası Nikolay Solskidən Ukraynanın Aqrar Siyasət və Ərzaq Naziri vəzifəsindən istefa verməsi barədə bəyanat alıb”, - Ali Radanın spikeri Ruslan Stefançuk bildirib. Onun sözlərinə görə, istefaya parlamentin növbəti iclaslarının birində baxılacaq.