"Qəbələ"nin futbolçusu Ülvi İsgəndərov əməliyyat olunub.
Sportinfo.az xəbər verir ki, bu barədə "qırmızı-qaralar"ın mətbuat xidmətindən məlumat verilib.
27 yaşlı hücumçuya qasıq yırtığı ilə bağlı cərrahi müdaxilə Türkiyənin İstanbul şəhərində gerçəkləşib.
Əməliyyatın uğurlu keçdiyi vurğulanıb. Onun 3-4 həftəyə komanda ilə məşqlərə başlayacağı gözlənilir.
Ü.İsgəndərov son matçını martın 9-da “Sabah”a qarşı keçirib.