Bakı, 25 aprel, AZƏRTAC
Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin rəhbər şəxsləri Azərbaycan Tibb Universitetində (ATU) olublar.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, universitetin rektoru, professor Alptekin Yasimin rəhbərlik etdiyi nümayəndə heyəti ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilə görüşüb.
Görüşdə iki universitet arasında əməkdaşlığın tarixi, ikitərəfli və mübadilə proqramları çərçivəsində əməkdaşlıq istiqamətləri, birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılması müzakirə olunub.
Eyni zamanda, Türkiyə universitetinin prorektorları, professorlar Nuri Kahveci və Orhan Doğan, elmi katib Ali Riza Bekler, müəllim Hemran Amirli, eləcə də ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova iştirak ediblər.
![](https://azertag.az/files/galleryphoto/2024/1/1200x630/17140484253546017579_1200x630.jpg)
![](https://azertag.az/files/galleryphoto/2024/1/1200x630/17140484251805724982_1200x630.jpg)
![](https://azertag.az/files/galleryphoto/2024/1/1200x630/17140484252598811901_1200x630.jpg)
![](https://azertag.az/files/galleryphoto/2024/1/1200x630/17140484252919648896_1200x630.jpg)
![](https://azertag.az/files/galleryphoto/2024/1/1200x630/17140484255879319877_1200x630.jpg)