EN

Müəllim qəzada xəsarət aldı

Lənkəranda yol qəzası baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb.

Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüsey oğlu Fərəcovun idarə etdiyi “Mercedes” markalı, 44-BR-444 nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb.

Zərbənin təsirindən avtomobil deformasiyaya uğrayıb. Sürücü avtomobildən çıxarılaraq təcili yardım avtomobil ilə xəstəxanaya çatdırılıb, vəziyyəti ağır qiymətləndirilir. (APA)

 

Chosen
86
8
konkret.az

8Sources