Qrimaldo La Liqada forma geyinmək istəyir
"Bayer"in futbolçusu Alexandro Qrimaldo gələcəyi barədə danışıb.
Futbolpress.az "Marca"ya istinadən xəbər verir ki, o gələcəkdə La Liqada çıxış etmək istədiyini deyib:
"Gələcəkdə La Liqada oynamaq istərdim, çünki İspaniya mənim vətənimdir".
28 yaşlı futbolçu karyerasına "Barselona"da başlayıb, lakin o, heç vaxt əsas komandada forma geyinə bilməyib.
Onun komanda ilə 2027-ci ilin yayına qədər müqaviləsi var.
Qrimaldo 44 matçda 11 qol, 16 məhsuldar ötürmə ilə yadda qalıb.