Azərbaycanın populyar xəbər portallarından olan “Qaynarinfo“ 17 yaşını qeyd edir. Metbuat.az xəbər verir ki, portala jurnalist Zahir Əzəmət rəhbərlik edir. Xəbər portalının əsası 25 aprel 2007-ci ildə qoyulub.Yarandığı ilk gündən müstəqilliyini və obyektivliyini qoruyan portal cəmiyyətin bütün təbəqələrinin tribunası olmağı hədəfləmiş və bu illər ərzində prinsiplərinə sadiq qalmağı bacarıb.
Kollektivimiz adından “Qaynarinfo“nu təbrik edir, uğurlar arzulayırıq.