1988-ci il təvəllüdlü Ucar rayon sakini Feyzullayev Rüfət Ədalət oğlunun idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.
Avtosfer.az xəbər verir ki, hadisə Ucarın Qazıqumlax kəndi ərazisində qeydə alınıb.
Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü dərhal Ucar rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Bizim.Media