Macarıstanın “Wizz Air" şirkətinin Azərbaycana uçuşlarının artırılması üçün imkanlar var.
"Report" xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda keçirilən Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclasında deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanla Macarıstan arasında həftədə 3 dəfə uçuşlar həyata keçirir.
Nazir müavini bildirib ki, Azərbaycan son 20 ildə nəqliyyat infrastrukturuna əsaslı investisiyalar yatırıb: "Macarıstan şirkətlərini nəqliyyat sahəsində əməkdaşlığa çağırırıq".