EN

Hacı Əliyevin son durumu: “Hazır olacam”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Özümü yaxşı hiss edirəm”.

Bu barədə İdman.bizə güləş üzrə 3 qat dünya və 4 qat Avropa çempionunu Hacı Əliyev özü məlumat verib.

Əliyev bildirib ki, hazırda səhhəti yaxşıdır: “Gözümün müalicəsi artıq bitib, üzümdəki şiş də artıq gedib. Müəyyən zədələrim var ki, qalmaqda davam edir. Amma onlar da zamanla düzələcək. Məşqlərə başlamışam. Paris-2024 Yay Olimpiya Oyunlarına qədər tam hazır olacam”.

Qeyd edək ki, Əliyev Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin 1/8 finalında fransalı rəqibi Həmzət Arsamerzoyevlə görüşəndə qaşı partlayıb və tikişdən sonra gözünə mikrob düşüb.

Banuçiçək Hüseynli
İdman.biz

Chosen
71
7
Sources
Comment ()
Close