Bakı, 25 aprel, AZƏRTAC
Azərbaycan və Macarıstan uzun illərdir ki, dost və strateji tərəfdaşdır. Dostluğumuz təkcə maraqlara deyil, həm də ümumi dəyərlərə əsaslanır.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclasında Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib.
O qeyd edib ki, Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır.