Aprelin 18-dən mayın 22-dək Şanxayda beynəlxalq gül sərgisi keçirilir. 2007-ci ildə əsası qoyulan tədbir artıq çoxdan qlobal tədbirə çevrilib. Hər il 100-dən çox təşkilat öz çiçəkçilik nailiyyətlərini ziyarətçilərə təqdim edir.
Herbiansd.az xarici mən bələrə istinadın xəbər verir ki, budəfəki sərginin əsas çiçəyi Çin qızılgülüdür. Bu növün vətəni ölkənin cənub-qərbindəki Guizhou, Hubei və Sichuan əyalətləridir və Çində on ən məşhur çiçəkdən biridir. Yerli mədəniyyətdə Çin gülü xoşbəxtlik və uzunömürlülüyü simvollaşdırır. Avropaya 18-ci əsrin ortalarında gətirilmişdir. Çin qızılgülü dekorativ bağçılıqda geniş istifadə olunur, təbiətdə tapılmır.
Ənənəvi olaraq, sərgi çərçivəsində təşkilatçılar gül kompozisiyaları müsabiqəsi, həmçinin biomüxtəliflik və davamlı inkişaf üzrə müxtəlif forumlar keçirirlər.