Türkiyədə İŞİD terror təşkilatının üzvlərinə qarşı növbəti əməliyyat keçirilib.
Reyting.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,bu barədə Daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.
Nazir bildiirib ki, “Bozdoğan-29” kod adlı əməliyyatla 7 şəhərdə eyni vaxtda əməliyyat düyməsi basılıb: "Nəticədə daha 23 nəfərə şübhəli saxlanılıb."
Nazir əlavə edib ki, 1 iyun 2023-cü ildən 22 aprel 2024-cü il tarixləri arasında İŞİD terror təşkilatına qarşı ümumilikdə 1422 əməliyyat həyata keçirilib: "Əməliyyatlar zamanı 2 min 991 şübhəli tutulub".