EN

“Neftqazmaş” ASC mənfəətini bölüşdürəcək

12 iyun 2024-cü il saat 17.00-da “Neftqazmaş” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

APA-Economics” xəbər verir ki, yığıncaqda səhmdar cəmiyyətinin idarəetmə orqanlarının 2023-cü il üzrə maliyyə-təsərrüfat fəaliyyəti haqqında hesabatı və mənfəətin bölüşdürülməsi məsələsi müzakirə ediləcək.

Qeyd edək ki, şirkətin səhmdarlarının illik ümumi yığıncağı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsində keçiriləcək.

Chosen
61
1
apa.az

4Sources