Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə metronun “Həzi Aslanov” stansiyasının yanında qeydə alınıb.
Belə ki, motosikletlə avtomobilin toqquşması nəticəsində 2006-cı il təvəllüdlü Məmmədzadə Ayla Ələddin qızı sərnişin yaralanıb.
Xəsarət alan gənc qız təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.