EN

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər: "Allah bircə balasını..." - VİDEO

"Allah bircə balasını saxlasın, toy qismət eləsin. Allah onun sənət, həyat yolunu hamar etsin. Gözəl qadındır. Gözəlliyinə uyğun daha da gözəl həyat yaşasın".   Manset.az  axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev illərdir küsülü olduğu həmkarı Brilliant Dadaşova ilə bağlı suala cavab verərkən deyib. Müğənni Dadaşovaya barışıq əli uzadıb: "Bu sözləri ona çatdıracaqlar. Heç bilmirdim bu sualı alacağam. Bundan sonra nə olacaq bilmirəm. O da qarşılıq versə, nə gözəl. Demək, Azərbaycan incəsənətində dostluq var. Niyə də birlikdə verilişdə qonaq olmayaq". Qeyd edək ki, F.Ağayev və B.Dadşova illərdir küsülüdür.

Chosen
41
6
manset.az

7Sources