Türkiyə kubokunda yarımfinalın ilk oyunlarına yekun vurulub.
İdman.biz xəbər verir ki, mərhələnin ikinci matçında “Trabzonspor” qələbə qazanıb.
Trabzon klubu evdə “Karagümrük”ü məğlub edib. Qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticə “Trabzonspor”u finala bir addım yaxınlaşdırıb.
Qeyd edək ki, mərhələnin digər matçında “Beşiktaş” və “Ankaragücü” Ankarada heç-heçə oynayıb (0:0)
Türkiyə kuboku
Yarımfinal, ilk oyun
“Trabzonspor” – “Karagümrük” – 3:2
İdman.biz