Türkiyə Kuboku: "Trabzonspor" ilk oyunda qələbə qazandı
Türkiyə Kubokunda yarımfinal mərhələsinin daha bir oyunu keçirilib.
Futbolpress.az xəbər verir ki, "Trabzonspor" azarkeşləri önündə "Karagümrük"lə qarşılaşıb. 5 qolun vurulduğu matçda meydan sahibləri qələbə qazanıb.
Komandalar arasındakı cavab görüşü mayın 8-də keçiriləcək.
Türkiyə Kuboku
Yarımfinal mərhələsi, ilk oyun
24 aprel
Trabzonspor - Karagümrük 3:2
Qollar: E.Visca, 15, S.Densvil, 41, T.Fontas, 49 - R.Mendeş, 22, F.Paoletti, 80